AZ

Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 18-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA),Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgətəşkilatçılığı ilə məktəblilər arasında "R.M. 90" proqramlaşdırmamüsabiqəsi keçirilib.

Trend xəbərverir ki, Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illikyubileyi münasibəti ilə təşkil olunan müsabiqənin finalında seçimmərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif şagirdlərindənibarət 50 nəfər iştirak edib. Finalçılar proqramlaşdırmanın C++ ,"Phyton" dilləri istiqamətində bilik və bacarıqlarınısınayıblar.

Müsabiqə başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi keçirilib.Tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın departament müdiriVüsalə Qurbanova sözügedən müsabiqənin əhəmiyyəti və üstünlüklərinivurğulayaraq qalibləri təbrik edib, onlara gələcək karyeralarındamüvəffəqiyyətlər arzulayıb. Tədbirdə, həmçinin Azərbaycan TexnikiUniversitetinin prorektoru, ICPC Azərbaycan üzrə Regional MüsabiqəDirektoru və 49-cu ICPC Dünya Finalının direktoru çıxışediblər.

Tədbir qaliblərin mükafatlandırma mərasimi ilə yekunlaşıb.Nəticələrə əsasən 1-ci yer üzrə 3 nəfər, 2-ci yer üzrə 3 nəfər və3-cü yer üzrə 3 nəfər qalib müəyyən edilərək təltif olunublar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd İT sahəsində ilkazərbaycanlı mütəxəssisləri hazırlayan, Azərbaycanın ilkproqramçısı hesab olunan "Şöhrət" ordenli alim Ramin Mahmudzadəninirsini gənc proqramçılara çatdırmaq, sahə üzrə yeni istedadlarıkəşf etmək, həmçinin gənclərə yeni bilik və bacarıqlarqazandırmaqdır.

Məktəblilər
Məktəblilər
Məktəblilər
Məktəblilər
Məktəblilər
Seçilən
41
9
az.trend.az

10Mənbələr