Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə 9 noyabr tarixində əlavə qatar reysləri təyin edir.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun feysbuk səhifəsində paylaşım edilib.
"Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində hər iki istiqamətdə səfər edə bilərsiniz.
Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və “ADY Mobile” tətbiqindən elə indi alın", - deyə ADY-nin paylaşımında deyilir.
