"Qalatasaray" Norveç təmsilçisi "Budyo Qlimt"ə qarşı bu gün keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan öncə ciddi itki ilə üzləşib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "aslanlar"ın yarımmüdafiəçisi İlkay Gündoğan zədələnib.
34 yaşlı futbolçu məşqdə xəsarət alıb. Onun bugünkü matçda meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, "Qalatasaray" - "Budyo Qlimt" matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Nihat