AZ

Fransada muzeydə növbəti oğurluq hadisəsi baş verib

Ajans.az Fransa mətbuatına istinadən xəbər verir ki, Yuxarı Marn departamentinin Lanqres şəhərində yerləşən və məşhur fransız yazıçısı və filosofu Deni Didronun adını daşıyan Maison des Lumières Denis Diderot (Maarifçilik Evi) muzeyi naməlum şəxslər tərəfindən qarət edilib. Hadisə oktyabrın 20-nə keçən gecə baş verib. Oğruların muzeyə zorla daxil olduğu, giriş qapısını və sərgi vitrinlərini sındırdığı bildirilir. Nəticədə 18–19-cu əsrlərə aid nadir qızıl və gümüş sikkələr kolleksiyası oğurlanıb. Hazırda oğurluqla bağlı istintaq aparılır və təhlükəsizlik kameralarının görüntüləri təhlil olunur. Hadisə Fransa mədəniyyət ictimaiyyəti və hüquq-mühafizə orqanlarında ciddi narahatlıq yaradıb.

 

Seçilən
94
Ajans.az

1Mənbələr