AZ

“Konstitusiya və Suverenlik İli” çərçivəsində sərbəst güləş üzrə çempionat keçirildi

BAKI, 22 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, mərkəzdə bu və ya digər idman yarışlarının keçirilməsi Mərkəzin əməkdaşları arasında idmanın və fiziki hazırlığın inkişafına, vətənpərvərlik ruhunun yüksəldilməsinə, kollektiv arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də keçirilən idman yarışları üzrə Mərkəzin yığma komandalarının tərkibinin müəyyən edilməsinə xidmət edir.

Yarışda Mərkəzin əməkdaşları 65, 73 və 87kq çəki dərəcələrində öz qüvvələrini sınayıblar. Nəticələrə əsasən 65kq çəki dərəcəsində baş leytenant Murad Babayev, 73kq çəki dərəcəsində xilasedici daxili xidmət çavuşu Azər Şiriyev, 87kq çəki dərəcəsində xilasedici daxili xidmət baş çavuşu Pərviz Fərzullayev 1-ci yerə layiq görülüblər. Qaliblər Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin qurumları arasında keçiriləcək sərbəst güləş üzrə çempionatda iştirak etmək hüququ əldə ediblər.

Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov gərgin mübarizə şəraitində keçən yarışlarda fərqlənən idmançıları təbrik edərək onlara FHN-in qurumları ararsında keçiriləcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Seçilən
113
teleqraf.com

1Mənbələr