AZ

Kənd Təsərrüfatı Nazirliyindən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Bakı.Trend:

Dabaq xəstəliyinə yoluxan heyvanda temperatur yüksək olmasa ölümfaizi maksimum halda 0,1-0,2%-ə bərabər olur. Temperaturu yüksəkolmayan heyvanın ölüm halı demək olar ki, baş vermir.

Bunu Trend-əaçıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkilivə monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev bildirib.

O qeyd edib ki, heyvanda halsızlıq, iştahsızlıq olduqda dabaqxəstəliyindən şübhələnmək olar:

“Belə halları müşahidə edən fermerlər dərhal sahə üzrə baytarhəkiminə və yaxud rayon baytarlıq idarəsinə müraciətetməlidirlər”.

Qurum rəsmisi bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyitərəfindən ölkə üzrə dabaq xəstəliyinə qarşı peyvəndləmə prosesiaparılır.

Bununla yanaşı profilaktik kimyəvi dezinfeksiya, heyvanbazarlarında mexaniki təmizləmə işləri aparılır ki, xəstəliyin birərazidən digərinə keçidinin qarşısı alınsın.

B.Rzayev vurğulayıb ki, bəzi fermerlər müəyyən bəhanələrgətirərək baytar həkimlərə və peyvəndləmə prosesinə inamsızyanaşırlar:

“Mən fermerlərə müraciət edirəm ki, peyvəndləmə prosesindənyayınmasınlar. Peyvəndləmə dövlətin vətəndaşına göstərdiyi qayğınınbir nümunəsidir”.

Seçilən
96
8
az.trend.az

9Mənbələr