AZ

Tramp "üçüncü ən yaxşı" seçilməsinə QƏZƏBLƏNDİ

ABŞ prezidenti Donald Tramp bütün dövrlərin ən yaxşı Amerika liderləri siyahısında üçüncü yeri tutmasından qəzəblənib.

Publika.az “Times of India” qəzetinə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri buna etirazını respublikaçı senatorlar qarşısında çıxışı zamanı bildirib.

Qeyd edilir ki, Trampın narazılığına səbəb bu yaxınlarda "ABŞ prezidentlərinin şöhrət xiyabanı"nın açılışı olub. Orada Amerika dövlət başçıları belə sıralanıb: Corc Vaşinqton birinci, Abraham Linkoln ikinci, Tramp üçüncü.

Tram deyib ki, bu sıralama onu son dərəcə qəzəbləndirib.

Senatorların onu sakitləşdirməyə çalışdığını görən Tramp yarızarafat, yarıgerçək deyib: "Arxayın olmaq niyyətində deyiləm.Vaşinqton və Linkolnu “məğlub etmək” çətin olardı, amma yenə də cəhd edəcəyik, elə deyilmi?"

Seçilən
83
publika.az

1Mənbələr