Ajans.az xəbər verir ki, bu barədəMərkəzi Bank məlumat verib, təhlillər bütün fırıldaqçılıq hallarının ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verdiyini göstərir. Ölkədaxili əməliyyatlar 1-ci rüb: 992 əməliyyat, zərər məbləği 430.944 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası hesab/kart məlumatlarının ələ keçirilməsi (68.8%). Ən çox istifadə olunan alət və avadanlıq: elektron ticarət və mobil tətbiq (96.9%). 2-ci rüb: 570 əməliyyat (27% azalma), zərər məbləği 344.083 AZN (11% azalma). Əsas kateqoriya hesab/kart məlumatlarının ələ keçirilməsi (44.47%), avadanlıq: elektron ticarət və mobil tətbiq (99.7%). Ölkəxarici əməliyyatlar 1-ci rüb: 3628 əməliyyat, zərər məbləği 185.910 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası kartın fiziki iştirakı olmadan (80.3%), avadanlıq: elektron ticarət və mobil tətbiq (89.7%). 2-ci rüb: 4798 əməliyyat (13.8% artım), zərər məbləği 430.104 AZN (36.9% artım). Əsas kateqoriya kartın fiziki iştirakı olmadan (81.2%), avadanlıq: elektron ticarət və mobil tətbiq (87.3%). Ölkədaxili əməliyyatlarda 1-ci rüblə müqayisədə 2-ci rübdə rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11 faiz, əməliyyat sayı 27% azalıb, təsirə məruz qalmış kart sayı isə 19% azalıb. Ölkəxarici əməliyyatlarda əməliyyat sayı 13.8% artıb, zərər məbləği 36.9% yüksəlib, məruz qalmış kart sayı isə 16.8% çoxalıb.