AZ

İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu - Yaralananlar var

İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evdə baş verən güclü partlayış nəticəsində ikimərtəbəli bina tamamilə çöküb...

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib. Hadisə yerinə yanğınsöndürən, xilasetmə və polis qrupları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə İzmir Şəhər Xəstəxanasına çatdırılıblar.

Partlayışın gücü o qədər böyük olub ki, evin damı dağılıb və yaxınlıqdakı iki mərmər emalı müəssisəsinə də ciddi zərər dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
36
4
poliqon.info

5Mənbələr