Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın “AvtoVAZ” şirkətinin vitse-prezidenti Sergey Qromak 2026-cı il martın 1-dən qüvvəyə minəcək taksilərin lokallaşdırılması tələblərinin nə sürücü, nə də avtomobil çatışmazlığına səbəb olmayacağını bildirib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Sergey Qromak yeni qaydaların gediş haqqına da təsir etməyəcəyini bildirib.
Qeyd edək ki, Dövlət Duması tərəfindən mayda qəbul edilən və Prezident Vladimir Putin tərəfindən imzalanan qanun, 2026-cı ildən etibarən taksilərin yerli istehsal avtomobillərlə əvəz olunmasını tələb edir. Lakin sənəd ictimaiyyət və daşıyıcılar arasında mübahisələr doğurub – bəzi ekspertlər bu addımın bazardan on minlərlə sürücünü uzaqlaşdıracağı və nəqliyyat xərclərini 50%-dək artıracağı qənaətindədirlər.Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.