AZ

Türkmənistan və Gürcüstan əməkdaşlığı gücləndirir

BAKI, 22 oktyabr. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Tbilisidə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər siyasi, iqtisadi və humanitar sahələrdə Türkmənistan-Gürcüstan əməkdaşlığının inkişafı, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Yüksək səviyyəli ikitərəfli səfərlər və Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələrin aparılmasının əhəmiyyəti bildirilib.

Tərəflər həmçinin ticari-iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat, ticarət, təhsil, elm, idman və turizm sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Mədəni-humanitar qarşılıqlı fəaliyyətə, qarşılıqlı mədəni tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilib.

Seçilən
26
teleqraf.com

1Mənbələr