Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Avropa Parlamenti Serbiya ilə əlaqədar qətnamə qəbul edib.
APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında dərc olunub.
Qətnamədə Serbiyadakı demokratiya ilə bağlı vəziyyət kəskin tənqid olunub.
Parlament deputatları Serbiyanın Avropa İttifaqına üzvlüyünə dəstəyinin müəyyən şərtlər daxilində olacağını bildiriblər.
Bu şərtlərə demokratiyaya və qanunun aliliyinə hörmət, fundamental insan haqlarına riayət olunması, Serbiyanın Aİ-nin Ortaq Xarici və Təhlükəsizlik Siyasəti ilə tam uyğun hərəkət etməsi, eləcə də Rusiyaya qarşı sankisyalar qoşulması daxildir.
Qətnamə 457 nəfərin lehinə, 103 deputatın əleyhinə və 72 nəfərin bitərəf qalmas ilə qəbul olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.