AZ

20 yaşlı futbolçu inəyə görə öldü - ANBAAN VİDEO

Braziliyada faciəvi hadisə baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçu Antoni İlano qəzada həlak olub.

"Piaui Esporte Clube" komandasının 20 yaşlı hücumçusu Antoni İlano Alenkar Alveş motosikletlə hərəkətdə olarkən yolda qəfil qarşısına çıxan inəklə toqquşub və hadisə yerində dünyasını dəyişib.

Təhlükəsizlik kamerası hadisə anını qeydə alıb.

Həmin anları təqdim edirik:

Seçilən
36
1
day.az

10Mənbələr