ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın "Barselona" komandasının baş məşqçisi Hans-Diter Flikin La Liqanın X turunda “Real Madrid”ə qarşı keçiriləcək oyunda texniki zonada olmayacağı dəqiqləşib.
"Unikal" AS nəşrinə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının nizam-intizam komitəsi kataloniyalıların apelyasiya şikayətini təmin etməyib.
Almaniyalı mütəxəssisin La Liqanın IX turunun “Jirona” ilə matçında (2:1) qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, “Real Madrid” – “Barselona” matçı oktyabrın 26-da təşkil olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.