AZ

Yalçın Rəfiyev “Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim Fəaliyyəti” adlı yüksək səviyyəli tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

Oktyabrın 21-də UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında“Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlimFəaliyyəti” adlı yüksək səviyyəli tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılışsessiyasında Azərbaycan Respublikasının xarici işlər nazirininmüavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə dəUNESCO-nun baş direktorunun müavinləri Lidiya Artur Brito və TaufikCelassi çıxış ediblər.

Y.Rəfiyev öz nitqində Azərbaycanın BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cusessiyasına (COP29) sədrliyi zamanı əldə etdiyi əsas nəticələr vəAzərbaycanın iqlim diplomatiyasında rolu haqqında danışıb. İqlimdəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsasrolunu vurğulayıb.

Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə YolXəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbonbazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqlarıngücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması,eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimibir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

Ölkəmizin COP29 sədrliyi çərçivəsində və ondan sonra da regionalvə qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətinigücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə verməkniyyətində olduğu vurğulanıb.

UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinəvurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdəiqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasındasinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.

Yalçın Rəfiyev, Parisə səfəri çərçivəsində Beynəlxalq EnerjiAgentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və COP29 sədrliyininenerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, İnkişaf Etməkdə olan Kiçik Ada dövlətlərinin(SİDS) və bir qrup digər ölkələrin UNESCO yanında DaimiNümayəndələri ilə işçi nahar formatında görüş keçirilib. Görüşzamanı Azərbaycanın COP29 sədrliyinin nailiyyətləri, iqlimdəyişmələrinin SİDS ölkələrinə təsirləri, ölkəmizin SİDS ölkələrinəgöstərdiyi davamlı dəstək kimi məsələlər barədə danışılıb, gələcəkəməkdaşlıq istiqamətləri müzakirə edilib.

Yalçın
Yalçın
Yalçın
Yalçın
Seçilən
28
3
az.trend.az

4Mənbələr