AZ

NATO-nun Baş Komandanı: Rusiya bizdən çəkinməyə başlayıb

BAKI, 22 oktyabr. TELEQRAF

“Avropa ölkələrində PUA-larla bağlı insidentlər fonunda NATO-nun sərtləşməsindən sonra Rusiya daha ehtiyatlı davranır”.

Teleqraf xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksis Qrinkeviç deyib.

“Həqiqətən də görürük ki, ruslar daha ehtiyatlı davranmağa çalışırlar, həm də etiraf edirlər ki, bir neçə halda sərhədə çox yaxın olublar, bəzən isə hətta onu keçiblər - xüsusilə də Polşada pilotsuz uçan aparatlarla bağlı insident kontekstində”, - o bildirib.

Seçilən
68
teleqraf.com

1Mənbələr