AZ

Füzuli Dram Teatrının direktoru palataya köçürülüb - Son vəziyyəti açıqlandı

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son sağlıq durumu açıqlanıb.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki , direktorun müalicə olunduğu "Məlhəm" hospitalın Reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri Zaur Ağayev oxu.az-a açıqlamasında onun palataya köçürüldüyünü bildirib.

"Vaqif müəllim artıq palataya köçürülüb. Təzyiqi, bütün göstəriciləri stabildir. Huşu normal, aydın və adekvatdır. Artıq yavaş-yavaş özü qidalanmağa başlayıb.

Ağciyər rentgeninin nəticələri normaldır, süni oksigen tələbatı yoxdur. Digər orqanların hamısı qaydasındadır.

Uzun müddət yataq vəziyyətində olub, indi yavaş-yavaş oturduruq. Hazırda vəziyyəti stabil olaraq qalmaqdadır", - deyə həkim bildirib.

Seçilən
48
3
paralel.az

5Mənbələr