Hökumətin proqramı çərçivəsində Ermənistan ordusunda çağırışçıların xidmət müddətinin azaldılması müqavilə əsasında xidmət edənlərin sayının artırılması ilə təmin olunacaq.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
“Vətən müdafiəçisi proqramı üzrə bir çox əsgər uzun illər orduda qalmaq qərarına gəlib. Bu rəqəm artıq bir neçə min nəfərə çatır. Yəni "ordunu azaldırıq" demək yersizdir”, – o qeyd edib.
Xatırladaq ki, 21 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, çağırışçıların hərbi xidmət müddətinin azaldılması haqqında qanun planlaşdırılandan əvvəl qüvvəyə minəcək. Qanun qəbul olunarsa, 2026-cı ilin qış çağırışından başlayaraq xidmət müddəti 2 il yox, 1,5 il olacaq.