AZ

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalının rəsmi saytında qeydiyyat başladı!

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət vəekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondununtəşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı keçiriləcək“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly toBaku. Art Weekend. Sense the Future NOW”) layihəsinin rəsmi saytı(www.bakuartweekend.az) artıq fəaliyyətdədir.Saytda festivalın proqramı da incəsənətsevərlərin ixtiyarınaverilib.

Trend xəbərverir, üç gün davam edəcək festivalın proqramında şəhərimizinmüxtəlif ünvanlarında keçiriləcək 40-dan çox tədbir yer alıb.

Festivalda iştirak üçün saytda qeydiyyatdan keçmək mütləqdir vəbu xidmət artıq bu gündən aktivdir. Qeydiyyatdan keçən hər kəsine-mail ünvanına QR kod göndəriləcək. Festivalın əsasdəstəkçilərindən olan RİİB könüllüləri festival müddətində QRkodların yoxlanılması və ümumilikdə iştirakçıların düzgünistiqamətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda, festivalzamanı uşaqlar üçün təşkil olunacaq əyləncəli proqramda iştirakedəcək hər bir uşağın valideynləri qeydiyyatdan keçməlidir.Festival zamanı bütün fəaliyyətlər ödənişsizdir.

Əlavə məlumat və suallar üçün [email protected] ünvanınamüraciət edə bilərsiniz.

Seçilən
33
9
az.trend.az

10Mənbələr