AZ

Avropa nəhəngləri “Fənərbaxça”nın futbolçusuna elçi düşdü

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İngiltərə klubları “Fənərbaxça”da icarə əsasında oynayan Con Duranı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna məxsus olan futbolçu mövsümün sonunda “Fənərbaxça”dan ayrılacaq. Ekvadorun “Bolavip” nəşrinin məlumatına görə, "Fənərbaxça" futbolçunu birdəfəlik transfer etmək bəndindən istifadə etmək istəmir. İddialara görə, Premyer Liqanın nəhəngləri “Mançester Yunayted”, “Çelsi” və “Aston Villa” futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, indiyədək "Fənərbaxça"nın heyətində 6 oyunda iştirak edən Con Duran 1 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
metbuat.az

2Mənbələr