AZ

Dünya səyyahları bu gün Qarabağ və Şərqi Zəngəzurun mədəniyyət və tarixi məkanlarını ziyarət ediblər

Laçın, 22 oktyabr, AZƏRTAC

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə oktyabrın 22-də 8 ölkədən olan dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək Muzeyinin dağıntılarına baxıblar. Daha sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.

Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları təqdim olunub.

Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli marşrutu üzrə səfər etməyi planlaşdırır.

Seçilən
114
3
azertag.az

4Mənbələr