
ADAU TV studiyasının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir texnologiyalarla yenidən təchiz edilən internet televiziyası olan ADAU TV-nin studiyasının açılış mərasimi keçirilib.Ulusum.az-a bölgə müxbiri xəbər verir ki, açılışda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ADAU TV-nin yenilənməsinin universitetin tədris, informasiya və maarifləndirmə fəaliyyətinin müasir texnologiyalar üzərində qurulmasına xidmət etdiyini bildirib.Rektor qonaqlara 2019-cu ildən fəaliyyət göstərən ADAU TV-nin gənclərin media savadlılığının artırılması, universitet həyatının işıqlandırılması və aqrar sahədə maarifləndirici materialların təqdim edilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.Bildirilib ki, yeni texniki baza çərçivəsində çəkiliş pavilyonu səsboğucu izolyasiya divar örtüyü, peşəkar işıqlandırma sistemi və yüksək keyfiyyətli səs avadanlıqları ilə təchiz olunub. Çəkilişlər 4K formatında videokameralar vasitəsilə aparılır, montaj və səs yazma prosesi isə tam avadanlıqlı post-prodaksiya otaqlarında həyata keçirilir.Sonda qonaqlar yenidən qurulan televiziya studiyasına baxış keçiriblər.
Diqqət Çəkənlər
Göz problemləri vaxtında aşkarlanmasa, gec ola bilər - Göz Sağlamlığı Gecikməni Bağışlamır
Rənglərin Qardaşlığı Daşkənddə Birləşdi – Ulusum.az Sənətin Diplomatiyasını Yaradır
Dabaq xəstəliyi: Heyvanlar üçün təhlükə, insanlar üçün risk varmı?