Bu ölkədə təyyarə PİYADANI VURDU
                    
                        ABŞ-ın Kaliforniya ştatında təcili eniş edən kiçik təyyarə parkda piyadanı vurub.
 
 Publika.az xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə idarəsi paylaşım edib.
 
 Hadisə nəticəsində xəsarət alan 40 yaşlı qadın xəstəxanaya çatdırılıb. Həmçinin təyyarədən xilasedicilər tərəfindən çıxarılan yaşlı pilot da hospitala yerləşdirilib.
 
 Həkimlər hər iki şəxsin vəziyyətini orta ağır qiymətləndirirlər.
 
 
         
        
     
 
 
 
         
        
        
        
        
