AZ

Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb…

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib.

Publika.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Təqsirləndirilən şəxs "Trade A" MMC, "Sumeksport A" MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B" və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub.

İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib.

Seçilən
45
36
publika.az

10Mənbələr