AZ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ - SABAH...

Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə "Hurriyyet.Az"un yerli bürosuna "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

Sumqayıt QİS bildirir ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Seçilən
50
20
hurriyyet.az

10Mənbələr