AZ

Litvanın müdafiə naziri vəzifəsindən azad edildi

Litva Prezidenti Gitanas Nauseda Dovile Şakalenenin müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərman 2025-ci il oktyabrın 23-də qüvvəyə minəcək.

Bu barədə Litva Prezidentinin ofisinin yaydığı məlumata görə, müdafiə naziri vəzifəsini müvəqqəti olaraq daxili işlər naziri Vladislav Kondratoviç icra edəcək.

Xatırladaq ki, Şakalene dünən istefa verdiyini açıqlayıb. Buna səbəb Baş nazir İnqa Ruqinene ilə Şakalene arasında yaranan qarşıdurma olub. Onlar arasında 2026-cı il büdcə layihəsində müdafiəyə ayrılan vəsaitə görə fikir ayrılıqları yaranıb.

Seçilən
106
publika.az

1Mənbələr