AZ

Mehdiyev həbsxanaya düşsə, tezliklə ölə bilər — Əli İnsanov

“Ramiz Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi". 

Demokrat.az  xəbər verir ki, bunu Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov TV Müsavata müsahibəsində Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib. 

"Həbsxanaya düşsə, tezliklə ölə bilər. Dözməz o şəraitə. İradəsi zəif adamdır. Onun burnunu tutsan, canı çıxar, dözməz orada. Ölər, işlər də yarımçıq qalar. Ona görə həbsxanaya yerləşdirməzlər ki, orada bir həftəyə ölər. Onda kimdən soruşacaqlar, niyə belə etmisən?", - deyə Əli İnsanov bildirib. 

Seçilən
46
13
demokrat.az

10Mənbələr