Gədəbəydə dabaq xəstəliyi may ayından yayılıb.
Bu barədə Bizim.Media-ya rayonun Çobankənd kəndinin sakinləri məlumat verib.
Bildiriblər ki, avqust ayında xəstəliyin yayılması bir qədər səngisə də, sentyabrdan etibarən yenidən mal-qara dabağa yoluxmağa başlayıb. Kənd sakinlərinin sözlərinə görə, kənddə sağlam heyvan tapmaq olduqca çətin məsələdir. Hər 3 danadan 2-si dabağa yoluxub.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib.
Qeyd edək ki, dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta