“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupun növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan matç Polşa təmsilçisinin 99:96 hesablı qələbəsi ilə başa çatıb.