AZ

Gürcüstanın sabiq Baş naziri DTX-da günahını etiraf edib

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili oktyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib.

Bu barədə DTX-dən məlumat verilib. Bildirilib ki, İrakli Qaribaşvili illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Yaxın günlərdə mövcud və əlavə sübutlara əsaslanaraq sabiq hökumət başçısı barəsində olan cinayət işinin kvalifikasiyası, habelə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə ediləcək.

AzPost.az

Seçilən
21
10
azpost.info

10Mənbələr