"Bronxlarımda problem yaranmışdı. Hazırda Reabilitasiya və Bərpa Mərkəzində müalicə alıram, vəziyyətim nisbətən stabildir. Səhər buraya gəlirəm, axşama kimi müalicə alıram, sonra evə gedirəm".
Publika.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.
O, sağlamlıq problemlərinin əsas səbəbini COVID-19-dan sonra qalan fəsadlarla əlaqələndirib. Başında və əllərində hiss etdiyi keyimələrdən danışan Şeyx Əbdül fizioterapiya aldığını və gündəlik həyatının bu prosedurlar vasitəsilə nizamlandığını bildirib.