Mingəçevirdə Qarabağ kanalında bir nəfər batıb.
“Azreform.info ” xəbər verir ki, şəhər sakini 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Onun ehtiyatsızlıqdan suya düşdüyü ehtimal olunur.
B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.