AZ

34 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

Gədəbəy rayon sakini Gəncədə döyülüb.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Pasyolka adlanan ərazisində qeydə alınıb.

Belə ki Gədəbəy rayon sakini 1991-ci il təvəllüdlü P.Almazov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. 34 yaşlı kişiyə yardım edilib,onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə P.Almazov huşsuz vəziyyətdə küçədən tapılıb.Onun döyən şəxs və ya şəslərin tapılması istiqamətində polis axtarışlara başlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Seçilən
72
1
nocomment.az

2Mənbələr