AZ

Almaniyalı futbolçu “Real”ın hədəfində

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Real” “Ştutqart”ın 24 yaşlı yarımmüdafiəçisi Anjelo Ştillerlə maraqlanır.

İdmanxeber.az xəbər verir ki, ispan klubu ötən yay da futbolçu ilə əlaqə saxlayıb, lakin danışıqlar alınmayıb. “Real” rəhbərliyi Ştillerin çıxışını izləməyə davam edir və gələn yay onun transferini yenidən gündəmə gətirmək niyyətindədir.

Alman futbolçunun müqaviləsində 40 milyon avroluq sərbəstqalma bəndi var. Bu mövsüm o, 11 oyunda 1 qol və 4 assistlə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
idmanxeber.az

2Mənbələr