Bakı, 22 oktyabr, AZƏRTAC
"Abşeron Lions" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Polşanın "Trefl" komandasını sınağa çəkib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 99:96 hesablı qələbəsi ilə bitib.
Bu qrupun ötən gün keçirilən matçında "Neftçi" doğma meydanda Estoniya təmsilçisi "Kalev"ə 95:84 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Abşeron Lions" qrupdakı ilk oyununda "Kalev"ə məğlub olub - 85:93.