AZ

Kremldən Putin-Tramp görüşünün təxirə düşməsinə reaksiya

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan zirvə görüşünün təxirə salınması ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, effektiv sammitin keçirilməsi üçün hazırlıq həyata keçirmək lazımdır. Həm Rusiya, həm də ABŞ-nin sammit keçirmək istədiyini qeyd edən Peskovun sözlərinə görə, Ukrayna ilə bağlı proses dalana dirənib. Peskov bildirib ki, mövcud durğunluq ən yüksək səviyyəli nümayəndələrin müdaxiləsini tələb edir. Ancaq bu müdaxilə yaxşı hazırlanmalıdır.

Rusiyanın Ukrayna probleminin həllinə yanaşmasının bəlli olduğunu deyən Peskov, bu yanaşmanın təfərrüatlarının daha əvvəl Putin tərəfindən açıqlandığını bildirib.

Seçilən
8
7
metbuat.az

8Mənbələr