AZ

Bakıda zəncirvari yol qəzası baş verib - YENİLƏNİB - VİDEO

Xəbər verdiyimiz kimi Bakının Sabunçu rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Nazim İsmayılov küçəsində, yol ayrıcında baş verib.

“Ford” markalı minik avtomobili dönmə zamanı “Ford Transit” yük maşını ilə toqquşub. Zərbənin təsirindən “Ford Transit” yol kənarında park edilmiş “BMW X5” markalı avtomobilə çırpılıb və aşıb.

Qəza nəticəsində “Ford” sedanın sürücüsü diz nahiyəsindən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, lakin o, xəstəxanaya aparılmaqdan imtina edib.

Ümumilikdə üç avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.



***
23:39

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində Şamil Kamilov küçəsində qeydə alınıb.

Qəza nəticəsində “Ford” markalı minik avtomobili aşıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.



Sənan Bəhrəmli

Seçilən
94
2
apa.az

5Mənbələr