AZ

Azərbaycandan İrəvana onlar getdi - ADLAR

Xəbər verdiyimiz kimi İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki , Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva yer alıblar.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO


Tərəflər hər iki cəmiyyət üçün maraq doğuran bir sıra məsələləri, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh prosesinin perspektivlərini, humanitar məsələləri, münasibətlərin normallaşdırılması kontekstində iqtisadi və logistik imkanları, həmçinin etimadın daha da möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.

Seçilən
23
5
paralel.az

10Mənbələr