AZ

İlham Əliyevin Astanada bəyan etdiyi qərara qarşı Ermənistanda tək bir söz deyirlər... başqa heç nə...


"Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində paylaşım edib.

A.Quliyev yazır:

"Azərbaycanla Ermənistanın arasında "ictimai diplomatiya" deyilən layihə mənasız vaxt və resurs itkisindən başqa bir şey deyil... Arada qarşılıqlı etimad (?) yaratmaq üçün ayrı üsullar var. Münaqişənin 30 ilndə "ictimai diplomatlar" deyilən şəxslərin nə qədər görüşləri oldu? Bakıda, Tiflisdə, Yerevanda görüşdülər, dostlarım olan bəzi deputatlar da bu yolda "səylər qoydular". Bir zərrə nəticəni göstərmək mümkün deyil... Ola da bilməz... Bu işdə dövlətin diplomatiyasını heç nə əvəz edə bilməz. Nümunə.... Prezident İlham Əliyev dünən Qazaxıstanda Azərbaycan üzərindən Ermənistana yük daşınması üzərində məhdudiyyətin götürüldüyünü açıqladı. Bu saat bütün Ermənistan elitası bundan danışır, İlham Əliyevin qərarına qarşı tutarlı- tutarsız heç nə demirlər.Tək dedikləri budur ki, "Biz bu xəbəri niyə öz liderimizdən yox, İlham Əliyevdən eşitməliyik?!". Bu, İlham Əliyevin qərarına qarşı mövqe göstərmək deyil, Paşinyana qarşı sadəcə özününkülərin təpkisidir ...Vəssalam..

Yüzlərlə "ictimai diplomatiya" səhnəsi İlham Əliyevin dövlət diplomatiyası adından atdığı bu addımın yüzdə biri qədər effekt verə və Ermənistanda ictimai- siyasi rəyə təsir göstərə bilməz. Xalqların arasında əvvəlki etimadı azacıq bərpa etmək mümkün olacaqsa ( mən şəxsən buna inanmıram), bu yalnız dövlət diplomatiyasının addımları ilə reallaşa bilər....

Əslində Azərbaycan və erməni xalqlarının bir- birinə etimadlarından danışmaq yersiz şeydir. Olar, olmaz, bu zamanın işidir. İndi lazım olan əsas odur ki, hər iki cəmiyyət öz rəhbərlərinə, öz hakimiyyətlərinə inanıb etimad etsinlər, onların verdiyi qərarlara inansınlar. Necə ki, İlham Əliyevin Qazaxıstanda bəyan etdiyi və dediyim qərara böyük etimad var. Cəmiyyətimiz ,fəal insanlar anlayır ki, sülh ağıllı qərarlarla yaranır, Ermənistana tranzitlərin üzərindən məhdudiyyətin götürülməsi Ermənistana müəyyən yeni imkanlar açmaqla bərabər, həm də Ermənistanı bizdən yeni bağlarla daha da asılı vəziyyətə salır. Bu cür asılılıqlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki potensial revanşçıların əl- qolunu bağlayır və onları qorxudur ki, "bir sağ- sol addım atsalar, Azərbaycan " vintili" dərhal bağlayacaq"...."

Mətləb

Seçilən
29
baki-xeber.com

1Mənbələr