AZ

Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir - Diqqət

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzən sadəcə soyuqdəymə və ya allergiya ilə bağlı deyil, ciddi xəstəliklərin və hətta ölüm riskinin xəbərçisi ola bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, tədqiqatlara əsasən, qoxu duyğusunun zəifləməsi və ya tam itməsi Alzheimer, Parkinson kimi neyrodegenerativ xəstəliklərin erkən əlamətlərindən biridir. Bundan əlavə, bu hal ürək-damar xəstəlikləri və immun sisteminin zəifləməsi ilə də əlaqələndirilir.

Alimlər bildirirlər ki, xüsusən yaşlı insanlarda qoxu itkisinin qəfil baş verməsi, orqanizmdə ciddi dəyişikliklərin başladığını göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edir: əgər uzunmüddətli qoxu itkisi yaşayırsınızsa, həkimə müraciət etməyi gecikdirməyin - bu, bədənin göndərdiyi həyati bir siqnal ola bilər.

Seçilən
42
2
day.az

2Mənbələr