AZ

Ukrayna İsveçdən Gripen E qırıcıları alacaq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Stokholm və Kiyev İsveçin "Gripen E" qırıcı təyyarələrinin gələcək tədarükünə yol açan niyyət məktubu imzalayıblar.

TurkicWorld xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Ukrayna lideri Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Kristerssonun sözlərinə görə, söhbət Ukrayna üçün 100-150 ədəd "Gripen E" döyüş təyyarəsinin istehsalı və ixracı üzrə potensial müqavilədən gedir.

Seçilən
50
2
turkic.world

4Mənbələr