AZ

Rubio: ABŞ Rusiyayla görüşlərə hazırdır

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ administrasiyası Rusiyanın yüksək vəzifəli şəxsləri ilə Ukraynada münaqişənin həlli üçün görüşlər keçirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.

Rubio vurğulayıb ki, ABŞ tərəfi hələ də rusiyalı həmkarları ilə görüşmək istəyir.

“Mən xarici işlər naziri Sergey Lavrov ilə yaxşı telefon danışığı apardım və bu əsasda işimizi davam etdirəcəyik”, -Rubio əlavə edib.

O həmçinin qeyd edib ki, mümkün olduğu təqdirdə hər zaman sülhə nail olmaq üçün belə təmaslarda maraqlı olacaqlar.

Seçilən
80
teleqraf.com

1Mənbələr