AZ

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib

ain.az, Apa.az saytına istinadən bildirir.

Rusiyanın Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı yayıb.

Açıqlamaya görə, episentr Petropavlovsk-Kamçatsk şəhərindən 233 kilometr məsafədə, 8,9 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin dağıdıcı təsirləri və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.Mütəxəssislər bölgədə təkrar yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
1
apa.az

1Mənbələr