AZ

Dağ Borçalının Allahverdi, Ayrım, Qarakilsə, Uzunlar... nahiyələrinin xalçaçılığı və miniatür-təsvir ocaqları...


Göyçə gölünün şimal-qərbində enlik istiqamətində 70 km boyunca uzanan Pəmbək dağlıq silsiləsini (ən uca yeri Taclar zirvəsi, 3101 m), Pəmbək, Borçalı, Ağstafa ( Kür çayının qolları) və Mərmərə (Araz çayının sol qolu Zəngi çayının sağ qoludur) çayları hövzəsini tutan Dağ Borçalı bölgəsi tarixə Qədim Azərbaycanın şimalında Türk-Müsəlman dünyasının zəngin etnomilli mədəniyyət ocağı olub. Tarixi-coğrafi salnamə mətnlərinin fəlsəfi-mistik mövzusu baxımından bu bölgə xeyli dərəcədə fərqlənir.

Belə ki, Allahverdi, Ayrım, Cəlaloğlu, Uzunlar...nahiyələrinin bir çox yaşayış məntəqələri ərazisindəki e.ə.II-I minilliyə, eramızın IV-V və X-XIII əsrlərinə aid dini-sakral məbədlərinin, əski məskunlaşma ocaqları (mağaralar və çay vadiləri) boyunca uzanan qayaüstü rəsmləri və tikililərinin daş naxışları, ornamentli cizgiləri milli-mədəni irs nümunələri kimi milli-tarixi səciyyə daşıyır...

Abdal və Pəmbək dağlıq silsilələri, Ağstafaçay və Borçalıçay hövzəslərinin Dilican vadisi ilə hüdudları əski Qərbi Azərbaycanın qədim yaşayış məntəqələrinin (Allahverdi, Cəlaloğlu, Qarakilsə şəhərləri, Uzunlar nahiyəsinin İlməzli, Saral, Qursalı, Pəmbək, Dəmirçilər, Soyuqbulaq...kəndləri) tarxi izi-tərəkəmə həyatı əslində bölgənin qeyri-maddi irsinin zənginliyinə, xüsusilə milli toxuculuq sənətininin kişafına da səbəb olmuşdur. Yerli, kökənli xalqın əl sənətkarlığı, toxuculuq sənəti (corab, heybə, cuval, camahodam, marşab, kilim, sumağ, palaz...), xalçaçılıq məktəbi (keçə, xalça, gəbə) milli-mənəvi, dini-fəlsəfi, İlahi-mistik dünyadərkinin, xalq rəssamlığının ilmə, naxış və simvollarla ifadəsinin tarixi ənənə-gələıklərindən rişələnmişdir. Bölgənin Uzunlar nahiyəsinin Hacı Xəlil Baba ocağı və ətrafında yayılmış qədim qəbirstanlıqlarda daş sənduqə və memarlıq üslublu baş daşlarının oyma naxışları ilə “Qoç buynuzu”,“Pəmbək”,“Mahmız”,”Durneyid”, “Aşıq”....xalçalarının çeşnilərinin eyniliyi və oxşarlığı Türk-Müsəlman xalqlarının duyğusallığının ifadəsidir. Və yaxud, sumağ, xalça, gəbə...naxışları sanki “çiçək ilmələri”nin əksidir, Pəmbək və Dəlidağ yaylaqlarının güllü-çiçəkli yamaclarının təbii xalısıdır...

XVIII əsrdə Pəmbək bölgəsində olmuş Rusiya İmperator Akademiyasının əməkdaşı, alman təbiətşünası-səyyahı İohan Anton Qoldenştadt (1745-1781) bu yerlərin mənzərəsi ilə incəsənət izlərinin əlaqəli təsvirini təəssüratlarında qeyd etmişdir (“1770-1773-cü illərdə Qafqaza səyahət” əsərində).

Alman-rus alimi P.S.Pallas (1741-1811) isə Uzunlar nahiyəsinin köçəri tərəkəmə elatının həyatı barədə ətraflı məlumat vermişdir (“Rus dövlətinin müxtəlif əyalətlərinə səyahət”, 1809).

Ümumilikdə Qərbi Azərbaycan xalçaçılıq məktəbi, o cümlədən, Dağ Borçalı bölgəsində (orta əsrlərdə Çuxur-Səd bəylərbəyliyində/mahalında) xalq toxuculuğu sənəti minilliklərlə tarixi özündə yaşadır, milli-mədəni nəqqaşlıq-miniatür ilmə irsi ilk növbədə təbii-coğrafi dəyərlərə, xalq yaradıclığı gələnəklərinə, ənənəvi dekorativ nəqqaşlıq-rəssamlıq...incəsənətinə əsaslanır, ilmə-naxış incilərinin yun-ipək iplərlə təsviri (əl toxuculuğu nümunələrində) qiymətli sənət incilərinə çevrilmiş, məşhur muzeylərdə, sərgilərdə (Paris, Hyu-York, London, Berlin...şəhərlərində) indi də nümayiş etdirilir. O cümlədən, Dağ Borçalı bölgəsinin Türk-Müsəlman xalçaçılarının toxuduqları xalçalar “erməni” sənət inciləri adı ilə 1937-ci ildə Paris Beynəlxalq yarmarkasında qızıl medal, 1949-cu ildə Nyu-York Beynəlxalq sərgisində Böyük Priz, 1958-ci ildə Brüssel şəhərində Ümumdünya sərgisində 2-ci qızıl medal qazanmışdır...

Dünya miqyasında sərgilənən bu incəsənət/dekorativ, miniatür rəssamlıq nümunələri sanki hər kəndin mistik-təbiətinin fəlsəfi yozumunun ilmələrlə naxışlanmasıdır, hər xalça ustasının təxəyyülünün milli-mənəvi təsviridir. Təsadüfi deyil ki, Dağ Borçalının Uzunlar nahiyəsinin Molla Əyyublu kəndinin xalça-sumağ toxucuları əsasən uzun illər ərzində milli dekorativ təsvirli çeşnilərdən istifadə etmişlər, daha çox “Qoç buynuzu” və “Qarabağ” çeşnilərindən, hansı ki, bu naxışlar kənddən 40 km aralı olan “Ov dərəsi” yaylağının Böyük dərəsi və Dəlidağ yamaclarının güllü-çiçəkli təbii xalı örtüyünün, boy verən qaya-daş “yumruqları”nın havada cızdığı təsvirlərin oxşarıdır, eynisidir.

“Qoç buynuzu” çeşnisinin mistik-fəlsəfi izahı xalça-gəbə toxuculuğundaa daha çox qoç buynuzundan hazırlanan həvə-kirgitdən (kücağacı zoğal ağacından idi) istifadə olunduğu ilə bağlılıq təşkil edir. Molla Əyyublu/Evli kəndində qış dövründə (1960-cı ilin qışında kənd güclü qar yağmışdır) 150-yə qədər evin əksəriyyətində gecə səhərədək xalça-gəbə toxuyurdu qız-gəlinlər, usta xalçaçılar- Hürü Ömər qızı (1905-1974), Güllər Bayram qızı (1906-1973), Səfiyyə Hüseynpaşa qızı Cuvarova (1934-2022), Yetər Musa qızı (1942)....dillərində el deyimləri:

- Barmaq...barmaq...başa vurmaq...

...Yeniyetmə uçaqların ovuclarında tutduqları yun-ipək pəngəlləri/yumaqları səhərə yaxın qurtaradı...iplərin rəngləri solmaz idi-qəhvəyi rəngi palıd ağacının qabığından, qara rəngi-Qara qəzəl kolunun budaqlarından alardılar.

Bölgənin Əmirxeyir (bu kəndin əhalisi 1948-ci ildə Gədəbəy rayonu Arabaçı kəndinə köçürülüb), Qursalı, Dəmirçilər, Qaraqala, Cucikənd, Qızıldaş...kəndlərində toxunan xalçaların ilmələri, çeşniləri xalq yaradıcılığı təxəyyülünə və dini-mistik inam təsəvvürünə (Qara Xaç ziyarətgahı, Hacı Xəlil ocağı, Qırmızı və Çürük quyu qəbirstanlıqları, VI-XIII əsrlərə aid Alban məbədləri...), milli-maddi nəqqaşlıq nümunələrinə (gümüş kəmərlərə, maral sümüyündən hazırlanmış naxışlı qılınc dəstəklərinə, qızıl-zinyət əşyaları saxlanılan mücrülərə...bunları haylar çox uzuc qiymətlərə alıb aparmışdılar artıq 1970-ci illərədək) uyğun qaynaqlanan təbiət naxışlarına...köklənmiş, onlardan rişələnmişdir, xalça-gəbə yelənlərinin ilmə-naxışları miniatür-dekorativ təsvirlərin kişik ölçündə verilirdi (xalçaların ölçüsü 0,80 m x 1,2 m, 1 m x 1,80 m, 1,2 m x 2 m, gəbələr əsasən 2 m x 3 m və daha böyük toxunurdu, bəzən sifarişdən də asılı olurdu).

Allahverdi nahiyəsi, Yuxarı Ağtala kəndindəki 70 evin demək olar ki, hamısında xovlu/xovsuz toxumalar Sallavarların təbii yaşıl “xalısı”ndan, Pir Palıdın, erkən orta əsrlər yaşlı Alban məbədinin ruhani-mistik təsəvvürlərindən naxışanırdı, Balaça və Böyük Ayrım kəndlərində Qasımdüşən yerinin daş naxışlarından, Zoğallı meşənin ağ çiçək-yaşıl yarpaq...ilmələrindən aranıb-durulurdu...araya-ərsəyə gətirilirdi....

Dilican vadisi və Qaraqoyunlu dərəsinin Dağ Borçalı mahalına bitişik Çəmbərək nahiyəsinin Gölkənd, Yanıqpəyə, Qaraqaya, Çaykənd...kəndləri də xalça toxuculuğu incəsənətinin ocaqları kimi qiymətləndirilir. Bu nahiyədə də eyni çeşnilərdən istifadə olunduğu bildirilir. Ən böyük yaşayış yurdlarından olan Gölkənd kəndinin (600-dən çox evi olub) 300-400 evində bütün növ əl toxuculuğu, eləcə də, xalça-kəbə çeşnilərinin naxışları Qaçaq Nəbi qalasının daş oymalarından, meşə örtüyünün qol-budaqlı “qolları”ndan, 40 bulaq müqəddəsliyinin (Ağ yal dağı-meşə qovşuğunda, kənddən 5-6 km aralıda) ruhundan...incələnmişdir. Bu çeşnilər (“Muncuqgöz göl”) kənboyu, eləcə də, kəndlərə də yayılırdı, çeşnilərin ilmə-naxış təsvirlərinə göz qoyanlardan biri də Ədilli tayfasından olan Tümən Vəli qızı (1905-1993) idi...

Orta əsrlərdə Çuxur-Səd bəylərbəyliyi dövründə Dilican vadisi, Pəmbək-Boz Abdal dağlıq silsiləsi, Ağstafaçay hövzəsi, Hamamlı-Allahverdi nahiyələri...boyunca Qərbi Azərbaycanın kökənli yurdları Kür çayı boyunca tərkəmə elatlarının düşərgələri olduğundan xalq toxuculuğunda oxşar-eyni çeşnilərdən istifadə adi hal almışdır. Belə ki, Qazax-Ağstafa nahiyəsinin “Ağqoyunlu”, “Qaraman”, “Qaraçöp”, “Qaraqoyunlu”, “Dördbuynuz”, “Göyçəli”, “Borçalı”....xalça-gəbə çeşnilərindən geniş istifadə edilmişdir mahir xalça toxucuları olmuş xanım-xatın nənələrimiz tərəfindən.

Təbii ki, bu sahədə Ağbaba-Şörəel mahalının da xqalça toxuculunun təsiri də az olmamışdır...

(Ardı var)

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Dinsiz hay kilsəsi Abdal dağ silsiləsini -“Bazum”, Uzunlar nahiyəsini -“Kalinino”, Allahverdi nahiyəsini -“Abovyan”, Uzunlar kəndini -“Odzun”....adlandırıb.

Yazının hazırlanmasında həm də Dağ Borçalı bölgəsi, Allahverdi nahiyəsinin Yuxarı Ağçala kənd sakini İslam Rəhim oğlu Həşimovun (1939), Uzunlar nahiyəsi, Molla Eyyublu/Evli kənd sakini Ramiz Həsən oğlu Cuvarovun (1968), Qaraqoyunlu dərəsinin Çəmbərək nahiyəsi, Gölkənd kənd sakini Əbülfət Əsgər oğlu Əliyevin (1971) məlumatlarından istifadə edilmişdir.

Seçilən
144
baki-xeber.com

1Mənbələr