AZ

Rubio: ABŞ Ukrayna münaqişəsini həll etmək üçün Rusiya nümayəndələri ilə görüşməyə hazırdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton administrasiyası bu cür təmaslar Ukraynadakı münaqişənin həllini asanlaşdırarsa, Rusiya rəsmiləri ilə görüşməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə oktyabrın 22-də jurnalistlərə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik. Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxşı telefon danışığım oldu. Biz bunun üzərində dayanmağa davam edəcəyik", - deyə dövlət katibi əlavə edib.

Rubio Ukraynada nizamlanmaya toxunaraq: "Sülh əldə etmək imkanı olarsa, biz həmişə təmaslarda maraqlı olacağıq", - deyə bildirib.

Oktyabrın 22-də ABŞ-ın “Lukoyl” və “Rosneft”ə qarşı tətbiq etdiyi sanksiyalardan danışan Rubio: "Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp son bir neçə ay ərzində dəfələrlə bildirib ki, əgər sülhə doğru irəliləyiş olmazsa, nə vaxtsa nəsə etməli olacaq. Bu gün o, nəsə etmək qərarına gəlib", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
icma.az

2Mənbələr