AZ

Avroittifaq Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqlədi – ABŞ da hərəkətə keçdi...


Ukrayna-Rusiya müharibəsinin qızışdığı bir vaxtda Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib.

Paketə 2027-ci ilə qədər Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına qadağa, Moskvanın istifadə etdiyi neft tankerlərinin qara siyahısına salınması və rus diplomatlarına səyahət məhdudiyyətləri daxildir.

Bu arada, ABŞ-ın maliyyə naziri Skot Bessent prezident Donald Trampın Moskva ilə Ukrayna müharibəsi ilə bağlı danışıqları dayandırmasının ertəsi günü Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını açıqlayıb.

Tramp, Putini sülhlə razılaşmağa inandırmaq ümidi ilə aylardır yeni sanksiyaları ertələyirdi.

Bununla belə, Bessent, Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını bu gün elan edəcəklərini deyib.

Ağ Ev, detallı açıqlama verməyən Bessentin bəyanatını şərh etməkdən imtina edib.

TAHİR

Seçilən
107
baki-xeber.com

1Mənbələr