AZ

“Qalatasaray” doğma meydanda qələbəyə sevindi

Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının üçüncü turunda növbəti oyuna çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin “Budyo Qlimt” komandasını 3:1 hesabı ilə məğlub edib.

Ev sahiblərinin heyətində Viktor Osimhen dubl edib, digər qolu isə Yunus Akgün vurub. Qonaqlardan isə Andreas Helmersen fərqlənib. Bu nəticə ilə “Qalatasaray” turnir cədvəlində 6 xalla 11-ci pilləyə, “Budyo Qlimt” isə 3 xalla 26-cı yerə yüksəlib.

Xatırladaq ki, Türkiyə təmsilçisi əvvəlki turda da öz meydanında İngiltərənin “Liverpul” klubunu minimal hesabla məğlub etmişdi.

"Cebheinfo.az" 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr