AZ

Böyükşor-Pirşağı yolunun zülməti: hər an hər şey ola bilər… – VİDEO

Ötən il salınmış Balaxanı, Digah, Məmmədli, Kürdəxanı və Pirşağı qəsəbələrindən keçən və 6 hərəkət zolağından ibarət olan Böyükşor-Pirşağı yolunda işıqlandırma sistemi işləmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə həmin yoldan istifadə edən sərnişinlər məlumat verib.

Qeyd olunub ki, işığın olmaması sözügedən yolda hərəkət edən sürücülər üçün ciddi görmə məhdudiyyəti yaradır.

Sakin bildirib ki, yol yeni salınarkən sadəcə qısa müddət işıqlar yandırılıb. Ümumiyyətlə işıq dirəkləri olsa da, gecələr yandırılmır və bu yol daim qaranlıq olur.

Yoldakı vəziyyəti əks etdirən görüntünü təqdim edirik:

 

 

Seçilən
87
nocomment.az

1Mənbələr