Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Basketbol Liqasının A qrupunun IV turuna bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, günün yeganə matçında “Sabah” “Gəncə”ni qəbul edəcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
“Sabah” A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.
Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.