Arda oyunun ən yaxşısı seçildi
                    
                         
Çempionlar Liqasının üçüncü həftəsində "Real Madrid" doğma meydanda "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.
aia.az xəbər verir ki, İspaniya klubunda çıxış edən Arda Güler matçın adamı seçilib.
Matçda 7 açar ötürmə edən və 0.55 assist gözləntisi ilə oynayan Arda, 71 ötürmədən 69-da dəqiq olub. 5 dəqiq mərkəzi ötürmə edən 20 yaşlı ulduz, 6 uzaq ötürmə cəhdinin hamısında uğurlu olub.
Matçın futbolçusu seçilən Güler, oyunun sonunda mükafatlandırılıb. 
aia.az 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
